AMİP-dən Xədicə İsmayılla bağlı İLGİNC AÇIQLAMA

Əli Orucov: “Xədicə, sən indiyə qədər bu problemləri niyə qabartmırdın?!”
AMİP-dən Xədicə İsmayılla bağlı İLGİNC AÇIQLAMA

"Burada kimin kiməsə daha yaxın görünməsi, kimin kiminləsə guya müxalifətçilik etməsi məsələsi mövqe uğrunda çəkişmə məsələsi dayana bilər". Bu sözləri SİA-ya AMİP-in Mərkəzi Şurasının üzvü Əli Orucov son günlər Xədicə İsmayılın AXCP sədri Əli Kərimlini, Müsavatın hazırkı başqanı Arif Hacılını, eləcə də eks-başqanı, Müxalifətin Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbəri, SDİ-nin rəhbəri Leyla Yunusu "hakimiyyətə işləməkdə", eləcə də onların mühacir biznesi ilə məşğul olmaları ətrafındakı ittihamlarına münasibətini bildirərkən deyib.

AMİP funksionerinin sözlərinə görə, əgər ortada liderlik funksiyasını ələ keçirmək məqsədi dayanıbsa, bu çox yersiz görünür: "Bunu yersiz hesab edirəm. Çünki lideri zaman yetirşdirir və indi müxalifətdə kiminsə ciddi şəkildə lider kimi tanınmasına inanmıram".

Əli Orucovun fikrincə, Xədicə İsmayılın birdən-birə bu mövzuda çıxış etməsinə münasibət bildirmək çətindir və yaxşı olardı ki, onun nəyə görə Əli Kərimlini və sairləri ittiham etməsini özündən soruşmaq lazımdır: "Xədicə İsmayılın özündən soruşmaq lazımdır ki, ay Xədicə, sən indiyə qədər bu problemləri niyə qabartmırdın və indi bidən-birə nə düşüb ki, Əli Kərimlini iittiham edirsən?".

Qeyd edək ki, bu günlərdə Xədicə İsmayıl yuxarıda adları çəkilən şəxslər haqqında kəskin ittihamları ilə şəxsi feysbuk səhifəsində qeydlər edib və hazırda bu ittihamlar radikal düşərgə təmsilçilərinin tərəfdarları arasında sərt qarşıdurmalarla müşahidə olunur.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə