Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfərinin proqramı açıqlanıb. SİA Belarus Prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, 28-29 noyabr tarixlərində baş tutacaq səfər zamanı Lulaşenkonun Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşü nəzərdə tutulub. İki ölkənin liderləri Belarus-Azərbaycan əlaqələrinin hazırkı vəziyyəti və gələcək inkişafı, həmçinin ticarət-iqtisadi, investisiya, kənd təsərrüfatı və idman sahəsində əməkdaşlığı müzakirə edəcəklər. Səfərin yekununda bir sıra sənədlərin imzalanması gözlənilir. Prezident Lukaşenkonun baş nazir Artur Rəsizadə ilə də görüşü planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB