Lavrov və Çavuşoğlu Zaqafqaziyadakı vəziyyəti müzakirə edəcəklər

Lavrov və Çavuşoğlu Zaqafqaziyadakı vəziyyəti müzakirə edəcəklər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 1-də Türkiyəyə səfər edəcək. SİA-nın məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında deyib. O bildirib ki, Lavrov Rusiya-Türkiyə Strateji planlaşdırma birgə qrupunun iclasında iştirak edəcək. Tərəflər, həmçinin Suriya, Zaqafqaziya, Mərkəzi Asiya və Ukraynadakı vəziyyəti müzakirə edəcəklər. Nazirlərin Alaniyada baş tutacaq görüşündə Rusiya-Türkiyə yüksək səviyyəli Əməkdaşlıq Şurasının 2017-ci ildə keçiriləcək iclasına hazırlıq da müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə