"Azərbaycanla birgə hərəkət etməkdə davam edəcəyik" ABŞ rəsmisi

"Azərbaycanla birgə hərəkət etməkdə davam edəcəyik" ABŞ rəsmisi

ABŞ müstəqil, çiçəklənən və stabil Azərbaycanla birgə hərəkət etməyə davam edəcək. SİA-nın məlumatına görə, bunu ABŞ dövlət katibinin köməkçisinin Avropa və Asiya məsələləri üzrə müavini xanın Bridcet Brink Bakıda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Bakıda Azərbaycan Prezidenti, xarici işlər naziri, vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirib. Rəsmi görüşlərdə Azərbaycan-ABŞ münasibətlərinin inkişafı üçün gələcək addımlar, terrorla mübarizə, enerji, iqtisadi məsələlər müzakirə olunub: "Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu yüksək qiymətləndiririk. Eyni zamanda Prezidentin xarici qrantlarla bağlı verdiyi sərəncamı müsbət qarşılayırıq".

Brink əlavə edib ki, Bakıda keçirdiyi görüşlərdə Azərbaycanın iqtisadi uğurları müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə