"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur". SİA-nın məlumatına görə, bunu ABŞ dövlət katibinin köməkçisinin Avropa və Asiya məsələləri üzrə müavini xanın Bridcet Brink Bakıda keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, ABŞ tərəflərlə birgə işləyərək münaqişənin dinc yolla həllinə sadiqliyini təsdiqləyir. Xanım Brink ABŞ-ın Minsk qrupundakı həmsədri Ceyms Uorlikin dəyişdirilməsinı də münasibət bildirib: "Uorlikin həmsədr kimi üç illik fəaliyyətini yüksək qiymətləndirirəm. Praktikaya görə, Birləşmiş Ştatlar bir müddət sonra həmsədri dəyişir. Uorliki əvəzləyəcək şəxs təyin ediləcək, amma hazırda onun adını açıqlaya bilmərəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB