Türkiyə C-400 raketlərinin tədarükünü müzakirə edəcək

Türkiyə C-400 raketlərinin tədarükünü müzakirə edəcək

Türkiyəyə C-400 zenit reket sisteminin tədürükü məsələsi Rusiya-Türkiyə hökumətlərarası komissiyasının iclasında müzakirə olunacaq. SİA-nın məlumatına görə, bunu jurnalistlərəRusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Şuranın direktoru Aleksandr Fomin deyib. O bildirib ki, komissiyanın iclası yaxın günlərdə baş tutacaq.

Qeyd edək ki, С-400 yeni raketləri böyük uzaqmənzillidir. Bu, aviasiya, kruiz və ballistik raketləri məhv etmək üçün nəzərdə tutulub. Həmçinin, yerüstü hədəflərə qarşı da istifadə edilə bilər. C-400 raketlərinin hədəfi 400 km-dir, 30 km yüksəkliklərdə hədəfləri məhv edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə