"Müdafiə sahəsində sonuncu xətti itiririk"

Erməni ictimai xadim təəssüfünü gizlətmədi
"Müdafiə sahəsində sonuncu xətti itiririk"

"Rusiya ilə Ermənistanın birgə qoşun qruplaşması yaratması bizim müstəqilliyimizə, suverenliyimizə, milli təhlükəsizliyimizə böyük bir təhlükədir". SİA-nın erməni mətbuatına istinadən məlumatına görə, bunu erməni ictimai xadimi Tiqran Hzmalyan bəyan edib.

O bildirib ki, Rusiya Ermənistana həm siyasi, həm iqtisadi baxımdan sahib olmağa iddialıdır: "Lakin indi bizə ən vacib olanı Ermənistan dövlətçiliyinin mövcudluğunun yeganə göstəricisi olan ordu məsələsidir. Rusiya ordusu və ya onun bir bölməsi ilə erməni ordusunun birləşməsi nə deməkdir? İndi Rusiya generalları erməni ordusuna əmr verəcək? Əslində belə nəticə çıxarmaq olar. Faktiki olaraq biz müdafiə sahəsində sonuncu xətti itiririk".

O hesab edir ki, Serj Sarkisyan Rusiya və Qərb arasında manevr etməyə çalışır: "Putinin rəsmi siyasəti belə idi ki, Ermənistan əvvəlcə Avrasiya İqtisadi İttifaqına qoşulmağa məcbur edilib ümumi oyuna sürükləndi, indi isə görünən budur ki, prioritetlər dəyişib".

Bütün xəbərlər Facebook səhifəmizdə