"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində İran Islam Respublikasının Azərbaycandakı fövqəladə və əlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüş keçirilib. QSC-dan SİA-ya verilən məlumata görə, görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov çıxış edərək bildirdi ki, Azərbaycan Avropa ilə Asiyanın qovuşuğunda yerləşdiyindən, ölkəmizin nəqliyyat qurumları "Şərq-Qərb" və "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizlərinin fəaliyyətində aktiv iştirak edir.
Prezident İlham Əliyev 7 dekabr 2015-ci ildə "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycanın ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında" Sərəncam imzalamışdır. Həmin Sərəncama uyğun olaraq, 20 aprel 2016-cı ildə Azərbaycan Respublikası ilə İranın dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulmuşdur.
Artıq Астара stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi başa çatmışdır. Bu yol boy 12 ədəd yoldəyişdirici qurğu, iki yerdə qorunan keçid quraşdırılır. Bu yaxınlarda iranlı həmkarlarımızla yola baxış keçirdik. Astara çayı üzərindəki tikilən körpüdə 4 dayaq, istinad divarları tikilmiş, körpünün üstü betonlanmış, məhəccərlər qoyulmuşdur. Körpüdə son tamamlama işləri həyata keçirilir.
Hazırda tağların quraşdırılması prosesi gedir.Sonra səfir Cavad Cahangirzadə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin reallşması istiqamətində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirmiş, İran tərəfinin də bu sahədə işləri sürətləndirdiyini bildirib. İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB