Yavər Camalov Pakistanda səfərdə olacaq

Yavər Camalov Pakistanda səfərdə olacaq

Müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasında səfərdə olacaq.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfərdə məqsəd noyabrın 22-dən 25-dək Karaçi şəhərində keçiriləcək "İDEAS-2016" IX Beynəlxalq müdafiə sərgisi və seminarında iştirak etməkdir.

Səfər çərçivəsində nazir Yavər Camalovun Pakistan İslam Respublikasının dövlət rəsmiləri və sərgiyə qatılan ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə