Lavrov və Kerri sanksiyaları müzakirə edəcək

Lavrov və Kerri sanksiyaları müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət katibi Con Kerri ilə Suriya və Ukraynadakı vəziyyəti, həmçinin sanksiyaları müzakirə edəcək. SİA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. O bildirib ki, nazirlər Perunun paytaxtında keçiriləcək Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) XİN Şurasının iclasında görüşməyi planlaşdırırlar.

S.Ryabkov əlavə edib ki, ABŞ adminstrasiyası Rusiyaya qarşı sanksiyalar genişləndirilməsi siyasəti barədə açıqlama verib və bu məsələ diqqətdən kənarda qala bilməz: "Sanksiyalar çox güman ki, ləğv edilməyəcək və Obama anti-Rusiya siyasətinə yenidən baxmaq niyyətində deyil. Lakin bu məsələ yenidən aktuallıq kəsb edir və əminəm ki, Lavrov qeyd edilən mövzuda müzakirələr aparacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə