“Birgə qoşun qruplaşması Qarabağ ərazisində döyüşə bilməz” Ekspert
"Təəssüflər olsun ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri-Rusiya, Fransa, ABŞ zaman-zaman ikili münasibət ortaya qoyub. ABŞ Dağlıq Qarabağdakı separtçı rejimə yardım edir, Fransa ermənipərəst siyasət aparır, Rusiya isə silah verir". Bunu SİA-ya açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi eskpert Emin Həsənli Rusiya ilə Ermənistanın birgə qoşun qruplaşması yaratmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, aprel ayındakı döyüşlər Ermənistan ordusunun acınacaqlı durumunu göstərdi: "Azərbaycan Silahlı Qüvvələri işğalçı tərəfin hərbi qüvvələrini darmadağın etdi. Ermənistanın müdafiə naziri başda olmaqla onlarla general vəzifəsindən azad edildi. Ermənistanda bu gün xof, qorxu davam edir".
Hərbi ekspert Rusiyanın Ermənistana silah verməsinə, "İsgəndər" raketlərini nümayiş etdirməsinə diqqət çəkib: "Ermənistan hər zaman Cənubi Qafqazda Rusiyanın forpostu olub və müstəqil dövlət deyil. Ermənistanın dünyanln hansı dövləti ilə hərbi birləşmə yaratmasından asılı olmayaraq, həmin birləşmə Dağlıq Qarabağ ərazisində döyüşə bilməz. Hətta Ermənistanın özü belə döyüşə bilməz, ona görə ki, həmin ərazilər bizimdir və dünya birliyi tərəfindən ölkəmizin ərazi bütövlüyü tanınır. Yaxşı olardı ki, Rusiya və digər vasitəçi dövlətlər BMT Təhlükəsizlik Şurasının qərarlarını yerinə yetirəydilər, ədalətli mövqe tutardılar. Çünki bu bu cür addımlar regionda sülhə mənfi təsir göstərir, Amma hesab edirəm ki, atılan belə addımlar müvəqqətidir və Ermənistan cəmiyyətini sakitləşdirməyə yönəlib. Onsuz da Ermənistan ərazisndə Rusiyanın iki hərbi hissəsi var. Bu ölkənin Türkiyə və İranla sərhəddini Rusiya qoruyur. Erməni zabirlərinə təlimləri də Rusiya hərbçiləri keçir. Amma bu cür variantlarla Azərbaycan ordusunun qarşısında durmaq mümkün deyil. Ermənistanın qoşun birləşməsi yaratmasının heç bir effekti olmayacaq. Sarkisyan rejiminin sonu gəlib çatıb, Ermənistanın özünün bir dövlət kimi mövcudluğu təhlükə altındadır. İşğalçının yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdır. Amma son proseslər də sübut etdi ki, Ermənistan rəhbərliyi müstəqil qərar qəbul etmək iqtidarında deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB