"BƏƏ tolerantlıq nümunəsi hesab olunur" Səfirlik

"BƏƏ tolerantlıq nümunəsi hesab olunur" Səfirlik

"Birləşmiş Ərəb Əmirlikləri(BƏƏ) höküməti və xalqı başqa dinlərə, əqidələrə hörmət və ehtiramla yanaşaraq böyük bir tolerantlıq nümunəsi nümayiş etdirir". SİA-nın məlumatına görə, bu barədə BƏƏ-nin Azərbaycandakı səfirliyinin Beynəlxalq Tolerantlıq Günü münasibətilə yaydığı açıqlamada deyilir. Məlumatda qeyd edilib ki, tolerantıq BƏƏ cəmiyyətində möhkəm köklərə malikdir: "Tolerantlıq Nazirliyi öz uzaqgörən siyasətində bəşəriyyətə xidmət edən tolerantlıq nümunələrinə geniş yer verir. Təsadüfü deyil ki, Şeyx Zəid ibn Sultan Ən Nahiyə belə qeyd edir :" Biz müsəlmanıq. Necə ola bilər ki, tolerantlığı əldə rəhbər tutmayaq? Bu, çox qəribə olardı. Hər bir mömün rəhimli və tolerant olmalıdır". Şeyx Xəlifə ibn Zəid Ən Nəhyaya isə qeyd edir ki, BƏƏ öz əlaqələrini digər dövlətlərlə qarşılıqlı ehtiram, hörmət , qarşılıqlı əməkdaşlıq, dialoq əsasında quraraq terrorun bütün formalarını rədd edir. Şeyx Muhəmməd ibn Raşid Əl Məktum belə buyurur : " Bu region yalnız tolerantlığın mövcudluğu ilə digərlərinin dini, mədəni fikirlərini qəbul etməklə çiçklənər. Şeyx Məhəmməd ibn Zəid Ən-Nəhayan BƏƏ-nin həmişə sülhə şağırış etdiyini və xalqlar arasında tolerantlığ rəmzi olduğunu vurğulayır".

Səfirliyin açıqlamasında BƏƏ-də tolerantlığın əsaslarını İslam, ölkənin Konstitusiyası, Şeyx Zəidin irsi ( Əxlaqi irsi), Beynəlxalq konvensiyalar, abidələr və tarix, insan fitrəti və ümumi dəyərlərin təşkil etdiyi vurğulanıb. Qeyd edilib ki, BƏƏ dünyada tolernatlıq mədəniyyətini yaymaq sahəsində üçüncü yerdədir . Ölkə tolerantlığ ,dinc yanaşı yaşamaq kimi dəyərləri alqışlayaraq, zorakılığı və radikalızmi rədd edən bir cox beynəlxalq öhdəliklərə qoşulub. BƏƏ tolerantlıq nümunəsi hesab olunur. Burada 200-dən artıq millətin nümayəndəsi dinc və əmin - amanlıq şəraitində yaşayır. Tolerantlıq BƏƏ- inin xarici siyasətində əsas sütunlardan biridir. Ölkədə dövlət səviyyəsində bir sıra qanunlar qəbul edilib ki, burada da tolerantlıq mədəniyyəti önəmli rol oynadı. BƏƏ hökuməti tolerantlığın möhkəmlənməsi və multukulturalizmin inkişafına böyük diqqət yetirərək irq iayrı-seçkiliyi və nifrəti rədd edir . Ölkə Konstitusiyasinın 25,32,40 –ci madələri bərabərliyi, ehtiramı əsas tutur, irqi ayrı- seçkiliyi rədd edir. BƏƏ-in ictimai mühiti Şeyx Zəid və onun əvvəlki sülaləsinin timsalında tolerantlıq , sülh və multukulturalizmə böyük önəm verib.

Qeyd edək ki, BMT-nin ali mədəniyyət qurumu olan UNESKO-nun 1995-ci il noyabr ayının 16-da keçirilən 28-ci sessiyasında 185 dövlətin iştirakı ilə tolerantlıq prinsipləri haqqında Bəyannamə qəbul olunub. BMT Baş Assambleyasının 1996-cı ildə qəbul etdiyi qərara əsasən quruma üzv ölkələrə hər il noyabrın 16-nı Beynəlxalq Tolerantlıq Günü kimi qeyd edirlər. Azərbaycanda bu gün 1999-cu ildən qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə