Ramil Məmmədli: “ABŞ bunu bilə-bilə Rusiyanın təsir dairəsinə girə bilməz” AÇIQLAMA
"Dünyanın super dövlətlərindən olan ABŞ-dakı son prezident seçkisi nəticəsinə görə dünya ictimaiyyəti tərəfindən təəccüblə qarşılandı. Donald Tramp dünyanı yalnız bu şəkildə təəccübləndirə biləcək". Bunu SİA-ya hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.
Hərbi-siyasi icmalçının sözlərinə görə, Trampın ədalət simvolu olacağı, münaqişə ocaqlarını ədalət prizmasından yanaşaraq həll etmək istəyi çox da yüksək deyil: "Çünki Tramp da bilir ki, ABŞ institusional şəkildə idarə edilir. Onun ölkənin maraqlarının əleyhinə getmək şansı yoxdur. ABŞ-da da bilirlər ki, Dağlıq Qarabağ münaqişəsi Rusiyanın təsir dairəsindədir. Yəni ABŞ bunu bilə-bilə Rusiyanın təsir dairəsinə girə bilməz. Suriya məsələsində biz bunu gördük. Tramp komandası da bütün bunları nəzərə alacaq və Dağlıq Qarabağ münaqişəsinin həllində hazırkı mövqedən irəli getməyəcək. Biz isə heç bir zaman imkan verməməliyik ki, bölgə super dövlətlərin hibrid-müharibə meydanına çevrilsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB