Gömrük Akademiyasında görüş keçirilib FOTOLAR

Gömrük Akademiyasında görüş keçirilib FOTOLAR

Tanınmış iqtisadçı-mütəxəssis Vüqar Bayramovla noyabrın 14-də Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) görüş keçirilib.

SİA-nın məlumatına görə, DGKA rəhbərliyi, tələbə-müəllim heyəti və digər qurumların nümayədələrinin iştirak etdiyi tədbirdə dünyada mövcud iqtisadi modellər və qlobal iqtisadi problemlər müzakirə edilib.

Respublikamızda aparılan iqtisadi islahatlardan və onların gələcək müsbət effektlərindən danışan Vüqar Bayramov tələbələrin çoxsaylı sullarını cavablandırıb.

3 saata yaxın davam edən görüşün sonunda həm DGKA rəhbərliyi, həm də mütəxəssis Vüqar Bayramov bu kimi görüşlərin vacibliyini vurğulayaraq, tələbələrin peşəkar bacarıqlarının formalaşmasında aidiyyati sahələr üzrə fərqli-fərqli mütəxəssislərlə ünsiyyətin əhəmiyyətini qeyd ediblər.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə