Politoloq: "Azərbaycanın düşmənləri üzə çıxarılmalıdır" MÜNASİBƏT
"İki gündür ki, Ermənistan və İrandan qidalanan saytlar "Türkiyə Ermənistana 50 milyon dollarlıq yardım etdi" başlıqlı saxta məlumatlar yayırlar. Bu saxta məlumatı yayanlarin sırasında iranyönümlü saytlar daha aktivdirlər". Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.
Onun sözlərinə görə, "Hüseyn aşiqləri", "İslamın səsi", "Əhli şiyə" və bu sayaq adlı sayt və saxta profillərdən Azərbaycanda məzhəbçiliyi və geriliyi təbliğ etməkdə davam edirlər: "Azərbaycana dost olmayan qüvvələırin təlimatına uyğun hərəkət edən bu qüvvələr Türkiyə-Azərbaycan dostluğuna qarşı ən alçaq şəkildə böhtan atmaqda davam edirlər. Beyinləri "Qum" saatı ilə çalışan cahil sürüsü isə bu fürsətdən maksimum yararlanmağa çalışırlar. Türkiyə-Azərbaycan qardaşlığına zədə vurmağa çalışan və layiq dövlətimizi məzhəbçi bir dövlətin iradəsinə tabe etməyə cəhdələri edənlər artıq qanunun bütün gücünü görməlidirlər. Sosial şəbəkələrdə aktivləşən Azərbaycan düşmənləri üzə çıxarılmalı və onların fəaliyyətləri qanunlarımızın tələbi ilə yoxlanılmalıdır. Bu addımlar zamanında atılmazsa bir də ayılıb görərik ki, bir zamanlar Fransada yetişdirilən Xomeynilərdən bizim üçün də düzəldiblər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB