Trampa qarşı etirazlar səngimir 3-CÜ GÜN

Həbs olunanlar var
Trampa qarşı etirazlar səngimir 3-CÜ GÜN

ABŞ-ın 45-ci prezidenti seçilmiş Donald Trampın əıeyhdarları artıq 3-cü gündür ki, ölkənin iri ştat və şəhərlərində etiraz aksiyalarını davam etdirməkdədirlər. SİA xəbər verir ki, dünən gecə saatlarından başlayaraq minlərlə insan yenidən Mayami, Atlanta, Filadelfiya, Nyu-York, San-Fransisko və Portlend şəhərlərində etiraz aksiyalarına çıxıblar, - deyə Reuters yazır.

Mayamidə bir neçə min fəal şəhər mərkəzi boyunca irəliləyər. Bir neçə yüz aksiyaçı isə ikitərəfli şossenin qarşısını kəsərək, avtomobillərin hərəkətinə maneələr yaradıblar.

Nyu-Yordda nümayişçilər yenidən Vaşinqton – skver mərkəzi parkına və Trampın yaşadığı göydələnin ətrafına yığışıblar.

Bundan öncə isə Portlenddəki etirazçılar polis güclərini daşlayaraq, bir neçə avtomobili əziblər. Nəticədə polis 26 nəfəri həbs edib.

Los-Ancelesdə isə 185 nəfər yolları bağladıqlarına görə həbs olunaraq məntəqələrə aparılıblar.

Bu arada Tramp əleyhdarları bəyan ediblər ki, onlar davamlı xarakterli etiraz aksiyaları keçirməyi planlaşdırıblar və məqsəd etirazların nəhəng masştablı ümumxalq nümayişləridir. Hətta bir neçə il öncə "Uolt Striti zəbt et" (Occupy Wall Street) aksiyasından da böük aksiyanın keçiriləcəyi iddia edilir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə