Avropa İttifaqının beşinci "Şərq Tərəfdaşlığı" sammiti gələn ilin sonunda keçiriləcək. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Aİ-nin yüksək səviyyəli nümayəndəsi deyib. Aİ rəsmisi növbəti sammitin 2017-ci ilin sonunda təşkilinin planlaşdırıldığını vurğulasa da, sammitin hansı ölkədə keçiriləcəyini açıqlamayıb.
"Şərq Tərəfdaşlığı" proqramına Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Ukrayna daxildir. Bundan əvvəlki sammit 2015-ci ildə Latviyanın paytaxtı Riqada keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB