Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Belarusda rəsmi səfərdə olub. SİA-nın türk mətbuatına istinadən xəbərə görə, danışıqlar aparmaq üçün Minskdə səfərdə olan Rəcəb Tayyib Ərdoğan, Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən rəsmi mərasimlə qarşılanıb. Qarşılama mərasimində İki ölkənin dövlət himni oxunub. Daha sonra Ərdoğan və Lukaşenko arasında ikitərəfli görüş keçirilib. Heyətlər arası görüşlər keçirəcək olan Prezident Ərdoğan, Minsk məscidinin açılışını edəcək. Lukaşenko, ilə birgə mətbuat konfransı keçirilməsi gözlənilən Ərdoğan Türkiyə-Belarus Biznes Forumda çıxış edəcəyidə gözlənilir.
Qeyd edək ki, Ərdoğanı Minsk görüşləri çərçivəsində Baş Nazir Müavini Numan kurtulmuş, Xarici İşlər Naziri Mövlud Çavuşoğlu, İqtisadiyyat Naziri Nihat Zeybekçi, Gömrük və Ticarət Naziri Bülənd Tüfənkçi, Meşə və Su idarəsi Naziri Veysəl Eroğlu müşayiət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB