Sədr müavini: "Prezidentin beynəlxalq siyasəti uzaq hədəfə hesablanıb” AÇIQLAMA
"ABŞ-ın yeni prezidenti Donald Trampın qələbəsi Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar arasında birmənalı qarşılanmayıb". Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, dünyanın ən məşhur siyasi şərhçiləri, politoloqları belə Trampın qələbə qazanacağına çox az inanırdı : "Ancaq, bu, baş verdi. Trampın qələbəsi onu göstərdi ki, siyasətdə mümkün olmayan bir neçə saata reallaşa bilər. Artıq dünya demək olarkı "Tramp şoku"ndan ayılmağa başlayır. Dünyanın aparıcı televiziyaları belə nə qədər yanıldıqlarını etiraf edirlər. Bütün proseslər geridə qaldı. Bundan sonra ABŞ beynəlxalq siyasətdə tutduğu mövqeyi müzakirə olunmaqdadır. Daha çox Trmapla Rusiyanın prezidenti Vladimir Putinin münasibətlərinin hansı müstəvidə davam edəcəyi müzakirə mövzusudur. Bu, münasibətdən çox asılı bir mənzərə yaranacaq. Təsadüfü deyil ki, Donald Tramp seçki dövründə Rusiya ilə bağlı xüsusi bəyanatla çıxışlar edib və bir çox regionda Rusiya dövlətinin maraqlarını nəzərə almağı təklif edib. Artıq Tramp prezidentdir.
Rusiya ilə bağlı tutduğu mövqeyi dəyişməz olacaqsa, bir çox regionda Rusiyanın mövqeyləri daha da güclənəcək. Bundan sonra siz, konkret olaraq Ukraynanı, Suriyanı və başqa dövlətləri fikirləşin. Bütün dünya bilir ki, eyni soy-kökə malik xalqları –ruslarla, ukrayınları Qərb düşmən səiyyəsinə qədər gətirib çıxardıblar. Bundan sonra Qərbin Ukrayna dövlətinə münasibəti necə olacaq? Bütün baş verən hadisələr onu göstərdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzun müddətdir beynəlxalq siyasətdə balanslaşdırma siyasəti daha məqsədə uyğun imiş və daha uzaq məsafəyə hesablanıb".
N.Orduxanlının fikirncə, Donald Trampın qələbəsinin əsas təminatı, onun Amerika cəmiyyətində islamafobiya, irqçilik və miqrantlara qarşı nifrətinin yüksək olmasıdır : "Görünür Tramp Amerika cəmiyyətin də bu məqamları diqqətlə araşdırıb hesablamışdı. Həm də əhalinin 65%-nin ağ dərili olması Trampın qələbəsini təmin etdi. Cəmiyyətin sadaladığım problemlərə nifrəti patoloji imiş. Bir daha qeyd etmək istəyirəm ki, Tramp seçki vədlərini yerinə yetirməyə başlasa, ABŞ ən yaxın müttəfiqlərini itirməyə başlayacaq və daxili gərginlik artacaq, dünya iqtisadiyyatı ciddi problemlərlə üzləşəcək. Trampın vəzifəsindən sonra başladığı fəaliyyət çox mətləblərə aydınlıq gətirəcək. Gözləyək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB