Fransadan erməni separatçılarına yeni zərbə

Fransadan erməni separatçılarına yeni zərbə

Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibliyindən APA-nın Dağlıq Qarabağ separatçılarının "DQR"in adını dəyişdirmək niyyəti ilə bağlı sualına cavabında bildirilib. "Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır. ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi çərçivəsində bu münaqişənin siyasi və davamlı həll yolunun tapılması istiqamətində birgə səylərimizi davam etdiririk", - Fransa XİN-in mətbuat katibliyinin keçirdiyi ənənəvi onlayn mətbuat konfransında qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə