Erməni ictimai xadimi: "Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır"

Erməni ictimai xadimi: "Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır"

"Mən ermənilərlə azərbaycanlıların münasibətlərinə dair kitab yazıram, tamamlamaq üzrəyəm. Kitab yaxın vaxtlarda dərc olunacaq. Bu kitabın təqdimatının Bakıda keçirilməsini nəzərdə tutulur. Bu kitabın satışından əldə ediləcək vəsait azərbaycanlı və erməni qaçqınlara yardıma sərf olunacaq". SİA-nın məlumatına görə, bunu bu gün Bakıda Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında erməni publisist, yazıçı və ictimai xadim Vahe Avetyan deyib.

Onun sözlərinə görə, hər bir ölkə kimi beynəlxalq hüquqa əsasən Azərbaycanın da ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır: "Mən normal şərait yaranan kimi Ermənistana qayıdaraq prezidentliyə namizədliyimi irəli sürmək niyyətindəyəm. Əgər növbəti prezident seçkilərində iştirak etməsəm, deməli, Sarkisyan rejimi yaşayır".

Bütün xəbərlər Facebook səhifəmizdə