Hava nə vaxt dəyişəcək? ETSN-dən açıqlama

Hava nə vaxt dəyişəcək? ETSN-dən açıqlama

"Yaxın 2-3 gün ərzində Azərbacanda hava şəraiti ilə əlaqədar heç bir dəyişiklik gözlənilmir". Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, bu günlər ərzində ölkədə mülayim hava şəraiti davam edəcək, temperatur 15-19 dərəcə arasında dəyişəcək.

Qeyd edək ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 9-12° isti, gündüz 14-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 11-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə