"Hesab edirəm ki, bu gün ABŞ-da baş tutacaq seçkilər özlərinə uyğun demokratik şəkildə baş tutacaq". Bunu SİA-ya açıqlamasında millət vəkili Rövşən Rzayev deyib.
Səsvermənin nəticələrinə qədər konkret mövqe nümayiş etdirməyin çətin olduğunu deyən millət vəkilinin sözlərinə görə, hakimiyyəti Demokratlar Partiyası davam edəcək: "Hesab edirəm ki, seçkilər hər zaman olduğu kimi, bu dəfə də xalqın iradəsi əsasında baş tutacaq. Çünki, ABŞ xalqı addımını orada mövcud olan demokratiyaya uyğun atır".
Seçki ərəfəsində ABŞ-da mövcud olan qarışıqlığın səsverməyə olan təsirinə gəldikdə Millət vəkili söyləyib ki, baş verənlər orada mövcud olan demokratiyanın forması idi.
Seçkilərdən sonra Azərbaycan-ABŞ münasibətlərindəki hər hansı dəyişikliyin olması ilə bağlı sualı cavablandıran R. Rzayev bu münasibətlərin müsbətə doğru olacağına ümid etdiyini deyib: "Ümid edirəm ki, ABŞ-da keçiriləcək seçkilərdən sonra ABŞ-Azərbaycan münasibətləri müsbətə doğru yönələcək. Bildiyiniz kimi, ABŞ ATƏT-in Minsk qrupuna həmsədr olan ölkələrdən biridir. Bu baxımdan da hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsi çox yaxın zamanlarda öz həllini tapacaq".
Məlumat üçün bildirək ki, bu gün ABŞ-da 58-ci prezident seçkiləri keçiriləcək. ABŞ-ın hazırkı prezidenti Barak Obama bu vəzifəyə iki dəfə seçilmiş olduğu üçün onun üçüncü dəfə namizəd olması mümkün deyil. Səsvermədən Demokratlar Partiyasından olan Hillari Klinton, Respublikaçı Partiyasında Donald Tramp prezidentlik uğrunda mübarizə aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB