Bu gün Azərbaycan və İtaliya XİN rəhbərləri Bakıda Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər. SİA-nın məlumatına görə, bu barədə nazir Elmar Məmmədyarov italiyalı həmkarı Paolo Centiloni ilə danışıqların yekunu ilə bağlı brifinqdə deyib.
Nazir bildirib ki, İtaliya ATƏT-ə 2018-ci ildə sədrlik edəcək: "Mən XİN rəhbərini münaqişənin həlli ilə bağlı danışıqlar prosesi haqqında məlumatlandırdım. Biz ikitərəfli və beynəlxalq əməkdaşlıq məsələlərinin geniş spektrini müzakirə etdik. Gündəlikdə enerji sahəsində əməkdaşlıq, "Made in Azerbaijan" brendinin İtaliyada təşviqi, parlamentlərarası əməkdaşlıq və digər məsələlər dururdu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB