Azərbaycan diasporu Moskvada "Xalqların Birliyi Günü" adlı paradda iştirak edib. ASGA Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdilinin SİA-ya verdiyi məlumata görə, paradda Azərbaycan diasporunun üzvləri bə tələbələr fəal iştirak ediblər.
Ümumrusiya azərbaycanlıları konqresi, "Azərbaycan mədəniyyətinin inkişaf və intibah" Fondu və "Azərbaycan-Slavyan" Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyinin qatıldığı paradda yüzlərlə həmyerlimiz Azərbaycan bayraqları dalğalandırıb və Azərbaycanla bağlı şüarlar səsləndirib. Həmçinin "Qarabağ" ansamblının milli musiqi nömrələri də tədbir boyu ifa edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB