Rusiya Federasiyasının baş qərargah rəisinin dəvəti ilə Rusiyada səfərdə olan Türkiyənin baş qərargah Rəisi Hulusi Akar həmkarı ilə keçirdiyi görüşdə Suriyadakı münaqişələrin həlli və Hələbdəki vəziyyətin normallaşması haqqında danışıqlar aparılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə,bölgədəki təhlükəsizliyin qısa müddətdə istənilən səviyyəyə gətirilməsi məqsədilə iki ölkə arasındakı koordinasiyanın inkişaf etdirilərək davam etdirilməsi məsələləri müzakirə olunub. Rusiyadakı səfərini başa vuran general Hulusi Akar, dəniz qüvvələri komandiri Oramiral Bülənd Bostanoğlu ilə birlikdə iki ölkə arasındakı əməkdaşlıq məsələlərini görüşmək üzərə Rumuniya baş qərargah rəisi ordu generalı Nicolae Ciucanın dəvəti ilə Rumuniyaya yola düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB