"Respublikaçılar partiyasından prezidentliyə namziəd olan Donald Tramp qadınlara qarşı münasibətdə özünü yüngül insan kimi göstərib". SİA-nın məlumatına görə, bu fikirləri ABŞ-ın vitse-prezidenti Cozef Bayden Florida ştatının Palm-Biç şəhərində Hillari Klintonu dəstəkləyən mitinqdəki çıxışında səsləndirib.
Vitse-prezident Cozef Bayden: "Donald Tramp yüngül insandır"
"Təsəvvürünüzə gətirin Birləşmiş Ştatların prezidenti saat 3:30-da yuxudan oyanır və Twitter səhifəsində qadınların çəkisi və bədəni haqqında fikirlər yazır"-deyə Bayden əsəbi şəkildə bildirib. O, qeyd edib ki, bu cür yalnız seksual həyatı hər şeydən üstün tutan yüngül insan davrana bilər. "Siz təsəvvürünüzə gətirə bilərsinizmi ki, ölkə tariximizdə mövcud olmuş hər hansı bir prezident bu cür ifratçı hərəkətləri ilə yadda qalsın?"-Cozef Bayden ritorik sual ünvanlayıb.
Qeyd edək ki, respublikaçı namizəd dəfələrlə seksizmdə və qadınlara qarşı təhqiredici münasibətdə ittiham edilib. Bu tipli sonuncu qalmaqal Hillari Klintonun teledebat vaxtı milyarderin "Dünya gözəli" gözəllik konkursunun qalibi Alisa Maçado ilə bağlı onun artıq çəki alması barədə fikirlər səsləndirməsi zamanı yaşanıb.
Hillari Klinton və Maçado Trampa qarşı birləşib?
Debatın səhəri günü Tramp Klintonun və Maçadonun üzərinə kəskin tənqidlər yağdırmağa başlayıb və hər iki qadının onan qarşı planlı şəkildə çıxmalarını iddia edib. KİV-lər isə bunun hansı nəticələrə gətirib-çıxaracağını nəzərə almadan məsələnin üzərində daha çox dayanmağa başlayıblar ki, sonda onlarla amerikalı qadın Trampı seksizimdə ittiham ediblər.
Lakin respublikaçı namizəd ona qarşı irəli sürülən ittihamları rədd edir və bunu fabrikalaşdırılmış istehsal kimi qiymətləndirir. ABŞ KİV-lərinin sifariş əsasında işlədiyini deyən Tramp onun seçicilər qarşısında gözdən salınması üçün süni kompromatlar hazırladığını da iddia edib.
Prezident Barak Obama: "Tramp ABŞ-ın ali baş komandanı postuna yaramır"
Ancaq maraqlı məqamlardamn biri də vitse-prezident Baydenlə yanaşı, ABŞ prezidenti Barak Obamanın da Trampa qarşı anti-təbliğat aparması faktıdır. Obama deyib ki, Tramp öz temperamentinə görə ölkənin ali baş komandanı postuna yaramır. ABŞ prezidenti həmin fikirlərini Hillari Klintonun Ohayodakı seçiciləri qarşısındakı çıxışında səsləndirib. Prezident deyib: "Tramp sizləri öz mehmanxanalarına buraxmayacaq. Lakin bir halda siz həmin mehmanxanalarda qala bilərsiniz – yaşadığıınız otaqları silib-süpürməniz müqabilində".
Obama amerikalıları aldanmamağa və qadınları "donuz, it adlandıran" milyarderə səs verməməyə çağırıb.
"Əgər siz siyasi dalana səs verməyi yaxşı hal kimi qiymətləndirirsinizsə, onda respublikaçıya səs verin"-deyə qeyd edən Obama bildirib ki, Amerikanın varlığı məhz bu seçkilərdən asılıdır.
Xatırladaq ki, aparılan son sorğulardan bəlli olub ki, Tramp Klintonu 1 faizlik həddlə üstələyib. Belə ki, seçicilərin 45 faizi Klintona, 46 faizi isə Trampa səs verəcəklərini bildiriblər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB