"Mosulu saxlayın, Türkiyəyə hücum edin" Əbu Bəkr əl Bağdadi

"Mosulu saxlayın, Türkiyəyə hücum edin" Əbu Bəkr əl Bağdadi

"İslam Dövləti" (keçmiş adı "İŞİD") terror təşkilatının lideri Əbu Bəkr əl Bağdadi qələbə qazanacaqlarına əmin olduğunu deyib və Türkiyəyə hücum etmək əmrini verib. O, buna səbəb kimi Türkiyənin "ateistlərlə ittifaqda" olduğunu əsas gətirib. SİA xəbər verir ki, bu barədə France-Presse Əbu Bəkr əl Bağdadinin audioyazısına istinadən yazır. Audioyazı oktyabrın 17-də - Mosulun "İslam Dövləti"ndən azad olunması əməliyyatı başlandığı zaman ictimailəşdirilib. Bununla yanaşı, ekstremist-terrorçu təşkilatının lideri silahlılara İraq hökumət qüvvələrinin Mosula hücumu qarşılığında müqavimətlərini artırmağı və geri çəkilməməyi əmr edib.

Terrorçuların liderinin yeri hələ də müəyyən edilməmiş qalmaqdadır. Belə ki, mətbuatda onun öldürülməsi, yaxud da ağır yaralanması barədə dəfələrlə informasiyalar yayılıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə