Putindən Hələb üçün yeni humanitar fasilə əmri

Putindən Hələb üçün yeni humanitar fasilə əmri

Rusiya Prezidenti Vladimir Putinin fərmanı əsasında, Suriyanın Hələb şəhərində Noyabrın 4-də yerli vaxtla saat 09.00-19.00 dək vətəndaşların şəhəri tərk etmələri üçün humanitar fasilə tətbiq edəcəyini açıqlayıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiya Baş Qərargah Rəisi Valeriy Gerasimov məlumat verib ki, mənasız ölümlərin qarşısını almaq məqsədilə, Rusiya Müdafiə Naziri Sergey Şoyqu, Rus Silahlı Qüvvələri Baş Komandanı Vladimir Putindən aldığı əmr əsasında Hələbdə fasilə elan edib. Bu qərar Suriya hökuməti tərəfindən də təsdiq olundu.

20 Oktyabrda da Hələbin şərq məhəllələrini tərk etmələri üçün Rusiya, xəstə və yaralılar üçün humanitar dəhlizlər açmışdı və bu fasilə üç gün uzadılmışdı. Kremlin Sözçüsü Dmitri Peskov dünən etdiyi açıqlamasında hava əməliyyatlarına verilən aranın hələ də qüvvədə olduğunu ancaq hücumlarına son vermədiyi müddətcə bu aranı uzatmağın mümkün olmayacağını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə