Aydın Əliyev nümayəndə heyətini qəbul edib FOTOLAR

Aydın Əliyev nümayəndə heyətini qəbul edib FOTOLAR

Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev ölkəmizdə səfərdə olan Ukrayna Dövlət Fiskal Xidmətinin sədr müavini, Gömrük Xidməti rəhbərinin səlahiyyətlərini icra edən Miroslav Prodanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iki ölkə arasında mövcud əlaqələrdən söhbət açmış və qeyd edib ki, Azərbaycan-Ukrayna əlaqələrinin perspektivi böyükdür. DGK sədri Azərbaycanla Ukrayna arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən, gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Azərbaycan Gömrük Xidmətinin Ukrayna Dövlət Gömrük Xidməti ilə qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdıran DGK sədri A.Əliyev bu baxımdan tərəflər arasında əlaqələrin inkişafının və inteqrasiyasının vacibliyini bildirib.

Səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkür edən Ukrayna Dövlət Fiskal Xidmətinin sədr müavini, Gömrük Xidməti rəhbərinin səlahiyyətlərini icra edən Miroslav ProdanAzərbaycana səfər etməkdən məmnunluğunu bildirmiş, iki dost ölkə arasında bütün sahələrdə, o cümlədən, gömrük sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamış, Azərbaycan gömrük sisteminin, xüsusilə informasiya texnologiyalarının tətbiqi ilə bağlı təcrübəsinin onlarda böyük maraq doğurduğunu və bu təcrübədən yararlanmaq təşəbbüsünü diqqətə çatdırmışdır. "Azərbaycan Gömrük Xidməti innovasiya layihələrinin tətbiqi, gömrük prosedurlarının sadələşdirilməsində yeni metod və texnologiyalardan istifadə edilməsi, xüsusən elektron gömrük xidmətləri üzrə həyata keçirilən layihələri ilə nəinki region, həm də Avropa miqyasında qabaqcıl təcrübəyə malikdir"-deyə sözünə davam edən qonaq, ümumiyyətlə qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Görüş başa çatdıqdan sonra isə Ukrayna nümayəndə heyəti Dövlət Gömrük Komitəsində gömrük xidmətinin müasirləşdirilməsilə bağlı layihələr və "Hədəf" Mərkəzi ilə tanış olublar. Bildirilib ki, BMT İnkişaf Proqramının Azərbaycan Gömrük Xidmətinin təkmilləşdirilməsi layihəsi üzrə yaradılan Mərkəzin məqsədi ölkənin gömrük-buraxılış məntəqələrində, eləcə də daxili gömrük orqanlarında, hava limanında və dəmir yolunda həyata keçirilən gömrük prosedurlarını vahid mərkəzdən müşahidə etməkdir. Bu görüntülər yerlərdə quraşdırılan 1000-dək kamera vasitəsilə birbaşa Mərkəzə ötürülür və buradakı 20 monitorla izlənilir.

Ukrayna Dövlət Fiskal Xidmətinin nümayəndələri Mərkəzlə tanışlıqdan məmnunluqlarını bildirərək, onun üstün imkanlarını yüksək dəyərləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə