Əfqanıstanlı Mona Lizanı 14 il həbs gözləyir? SAXTA SƏNƏDLƏR

Əfqanıstanlı Mona Lizanı 14 il həbs gözləyir? SAXTA SƏNƏDLƏR

"National Geographic" jurnalının üz qabığında fotoportreti qoyulmuş və bununla məşhurlaşmış Əfqanıstan qaçqını Şərbət Qula saxta sənədlərdən istifadəyə görə Pakistan hökuməti tərəfindən həbs olunub, lakin sonradan girov müqabilində azad edilib. SİA xəbər verir ki, bu barədə Hama Press agentliyi yazır. Bildirilir ki, Şərbət Qula ötən həftə Pakistanda öz evində olarkən həbs edilib. Belə ki, ondan Əfqanıstana və Pakistana aid sənədlər, eləcə də şəxsiyyətini təsdiq edən sənəd götürülüb və saxta sənədlərdən istifadəsinə görə, 14 il həbs cəzası təhlükəsini yaşayıb.

"Hesab edirəm ki, bu işə yenidən baxacam"-deyə, Pakistanın daxili işlər naziri Çoudri Nisar Əli Xanın sözlərini qeyd edən agentlik əlavə edir ki, pakistanlı rəsmi onun qadın olduğnu əsas gətirərək, işə humanist tərəfdən yanaşacağını vurğulayıb.

Çoudri Nisar Əli Xan deyib: "Əgər biz onun üzərindən ittihamı götürsək və Pakistanı tərk etməsi üçün müvəqqəti viza versək, onda ona saxta sənədlər verən məmurları da həbs etməliyik. Çünki əsl cinayətkarlar onlardır. Mən istəmirəm ki, bu cinayətkarlar qanundan yaxa qurtarsınlar".

Xatırladaq ki, Şərbət Qula hələ 1985-ci ildə "əfqan qızı" adlı fotosunun "National Geographic" jurnalının üz qabığında yerləşdirilməsindən sonra məşhurlaşmışdı. Onun fotosunu jurnalın əməkdaşı Stiv Makkari Əfqanıstandakı qaçqın düşərgəsində obyektivə almışdı. Həmin vaxt Qulenin təxminən 12 yaşı olub. Sözügedən şəkli bir sıra hallarda Leonardo da Vinçinin Mona Lizası ilə yanaşı tutanlar da var. Mətbuatda Şərbət Quleni Əfqanıstanın Mona Lizası adlanrırıblar.

Rövşən Nurəəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə