Milli Məclisin deputatı prezident seçkilərini izləyir

Milli Məclisin deputatı prezident seçkilərini izləyir

Bu gün Milli Məclisin deputatı Sabir Hacıyev MDB PA və MDB İcraiyyə Komitəsinin xətti ilə müşahidəçi qismində Moldovada keçirilən prezident seçkilərini izləyir. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, S. Hacıyev paytaxt Kişinyovda paytaxtdakı müxtəlif məntəqələrdə seçkinin gedişini izləyir.

Deputat vətəndaşların fəallığına, səsvermə prosesində seçicilərin hüquqlarının təmin olunmasına, demokratiyanın tələblərinə və şəffaflığa riayət edilməsinə diqqət yetirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə