MDB Dövlət Başçıları Şurasının iclasının tarixi açıqlanıb

MDB Dövlət Başçıları Şurasının iclasının tarixi açıqlanıb

MDB Dövlət Başçıları Şurasının növbəti iclası gələn il mayın 26-da Rusiyada keçiriləcək. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev deyib. O bildirib ki, Rusiya tərəfinin təklifi ilə iclasın bu ölkədə keçirilməsi qərara alınıb.

Qeyd edək ki, bu gün Minskdə MDB hökumət rəhbərlərinin iclasında qurumun gələn il üçün vahid büdcəsi müəyyən olunub. İclasda Ermənistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan baş nazir, Azərbaycan, Özbəkistan, Moldova baş nazirin müavini səviyyəsində təmsil olunublar. Rusiyanın baş naziri Dmitri Medvedev toplantıya gecikdiyi üçün onu baş nazirin müavini İqor Şuvalov əvəz edib.

Bütün xəbərlər Facebook səhifəmizdə