Milli Məclisin plenar iclası davam edir. SİA-nın xəbərinə görə, iclasda Vergi Məcəlləsinə və "Reklam haqqında" qanuna dəyişikliklərlə bağlı qanun layihələri müzakirə edilib.
Layihələr haqqında məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, Vergi Məcəlləsinin 102.1.13-cü maddəsində və "Reklam haqında" qanunun 32.1-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanı" sözü "maliyyə bazarlarına nəzarət orqanı" sözü ilə əvəz edilib.
Hər iki qanun layihəsinə təklif olunan dəyişiklik səsə qoyularaq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB