“İşğal edilmiş ərazilər müzakirəsiz olaraq Azərbaycana qaytarılmalıdır” Diplomat
"İşğal edilmiş ərazilər müzakirəsiz olaraq Azərbaycana qaytarılmalıdır". Bunu SİA-ya müsahibəsində Əlcəzairin Azərbaycandakı müvəqqəti işlər vəkili Abbes Benmoussat deyib. O bildirib ki, Azərbaycan itirilmiş torpaqlarına sahib olmalıdır: "Belə bir aqibətlə rastlaşmış ölkə kimi biz hər zaman haqqı, ədaləti müdafiə edirik. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq. Qərb ölkələri həmişə bəyan edirlər ki, Qarabağda əhalinin böyük əksəriyyəti erməni olub. Bu, düzgün deyil. Bunu ermənilərə haqq vermək üçün deyirlər. ABŞ-ın Florida ştatında Kuba, Latın Amerikası və bir sıra digər ölkələrdən insanlar yaşayır. Onda belə çıxır ki, onlar həmin əraziyə iddia etməlidir?! Dağlıq Qarabağ münaqişəsi regionun inkişafına mane olur. Amma Azərbaycan Prezidenti bütün bu problemlərin öhdəsindən gəlir".
Diplomat apreldə cəbhədə vəziyyət gərginləşən zaman həmkarları cəbhə bölgəsinə olduğunu xatırladıb: "Orda yaşayan əhali bir çox problemlə üzləşib, binalar dağıdılıb. Amma dövlət öz vətəndaşlarını tək buraxmayıb, onların yanındadır. Bizim əsas siyasətimiz haqqın, ədalətin yanında olmaqdır. Haqq, ədalət olmayanda, müharibə baş verir. Ona görə də mövqeyimiz bundan ibarətdir ki, işğal edilmiş torpaqlar Azərbaycana qaytarılmalı, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına dönməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB