"AŞPA-nın vitse – prezidenti, əslən fransalı olan Rene Rukel artıq bir neçə ildir ki, erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı qərəzli fəaliyyət göstərir. Əgər əvvəllər onun Dağlıq Qarabağa səfərləri fərdi xarakter daşıyırdısa sonradan geniş tərkibli heyət ilə işğalçı rejimin nümayəndələri ilə görüşlər keçirməyə başladı". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, xristian bloku tərəfindən Azərbaycana qarşı ikili standartlar həmişə mövcud olub və olacaqdır: "AŞPA və Fransa qarşısında məsələ qaldırılmalıdır. Rene Rukelin beynəlxalq subyeklər tərəfindən tanınmayan, qətnamələrdən işğalçı adlandırılan bir tərəfi açıq – aşkar dəstəkləməsinin AŞPA-nın nüfuzuna və Azərbaycan – Fransa əlaqələrinə kölgə saldığı heç də şübhə doğurmur. Avropanın mərkəzi tribunalarında belə şəxslər bizim nümayəndələrimiz tərəfindən ifşa olunmalıdırlar".
O əlavə edib ki, Rene Rukel tək deyil: "O, erməni lobbisi tərəfindən maliyyə dəstəyi alan şəxslərdən yalnız biridir. Azərbaycana qarşı erməni lobbisinin atdığı addımlar göz qabağındadır. Biz də öz lobbi fəaliyyətimizi gücləndirməliyik. Xaricdə yaşayan azərbaycanlılar daha da fəallaşmalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB