Politoloq: “AXCP rəhbərliyi gəncləri cinayət törətməyə vadar edir” AÇIQLAMA!

Politoloq: “AXCP rəhbərliyi gəncləri cinayət törətməyə vadar edir” AÇIQLAMA!

"Radikal müxalifətin ənənəvi siyasi xətti cinayətkarlardan məqsədli şəkildə "siyasi məhbus" obrazı yaratmağa çalışmaqdır. AXCP və Musavat partiyası da bu ənənəvi siyasəti davam etdirməyə çalışır. Xüsusilə, AXCP üzvü olan gənclərin "fəaliyyəti" tamamilə radikalizmə söykənir. Onlar elə hesab edirlər ki, istədikləri cinayəti törədə bilərlər, ancaq məsuliyyət daşımamalı və qanun qarşısında cavab verməməlidirlər. Hətta polislə əlbəyaxa olmaq‚ qəsdən polisə müqavimət göstərmək‚ məmurların ünvanına məqsədli şəkildə küçə kəlmələri ilə təhqiramiz ifadələrin işlədilməsi AXCP gənclərinin ənənəvi "siyasi fəaliyyət" prinsipidir".

Bu fikirləri SİA-ya açıqlamasında politoloq Mirsamir Məmmədov bildirib.

Radikal müxalifətin qondarma "siyasi məhbus" siyahıları hazırlamasına münasibət bildirən M.Məmmədov qeyd edib ki, cəbhəçilər radikalizmi özlərinə həyat tərzi seçiblər: "Onlar düşünürlər ki, narkotikdən də, silahdan da istifadə edə bilərlər, qanunlarımızı tapdalaya bilərlər, bütün "fəaliyyət"lərini şər-böhtan üzərində qura bilərlər, ancaq cinayət məsuliyyətinə cəlb oluna bilməzlər. Bu düşüncə tərzi iki faktordan qaynaqlanır. Birincisi, bu iyrənc üsullarla AXCP rəhbərliyi gəncləri cinayət törətməyə vadar edərək həbs olunmasına çalışır ki‚ söyüş‚ təhqir və hər hansısa bir cinayət əməlinə görə həbs olunan birisini dərhal bütün dünyaya "siyasi məhbus" olaraq təqdim etsinlər. Eyni zamanda bu üsulla Azərbaycan haqqında çox mənfi imic formalaşdırılmağa çalışılır. İkincisi, digər ən mühüm məsələ isə, radikal müxalifət qondarma "siyasi məhbus" siyahılarından biznes məqsədilə istifadə edirlər, böyük pular qazanırlar. Bu, sırf "siyasi məhbus" biznesidir. Radikal müxalifət bütün bu saxta və məkrli oyunlarla düşmən dəyirmanına su tökürlər və milli maraqlarımızı satmaqla məşğuldurlar".

Bütün xəbərlər Facebook səhifəmizdə