İclas başladı gündəlikdə 27 məsələ var

İclas başladı gündəlikdə 27 məsələ var

Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. SİA-nın xəbərinə görə, iclasda Azərbaycanla bir sıra xarici ölkələr arasındakı beynəlxalq sazişlərin təsdiq edilməsi və bir neçə qanun layihələrinə dəyişiklik nəzərdə tutulub. İclasın gündəliyinə 27 məsələ daxil edilib:
Məsələlər aşağıdakılardır:

Cinayət Məcəlləsinə dəyişiklik
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik
"Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklik
"Kütləvi İnformasiya Vasitələri haqqında" qanuna dəyişiklik
"Televiziya və Radio yayımı haqqında" qanuna dəyişiklik
"İctimai Televiziya və Radio yayımı haqqında" qanuna dəyişiklik
"Telekommunikasiya haqqında" qanuna dəyişiklik
"Elektroenergetika haqqında" qanuna dəyişiklik
"Qaz təchizatı haqqında" qanuna dəyişiklik
"Su təchizatı və tullantı suları haqqında" qanuna dəyişiklik
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik
"Avtomobil yolları haqqında" qanuna dəyişiklik
"Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişiklik
"Dövlət rüsumu haqqında" qanuna dəyişiklik
Gömrük Məcəlləsində dəyişiklik
"Kredit Büroları haqqında" qanun layihəsinin müzakirəsi (İkinci oxunuşda)
"Məktəbəqədər Təhsil haqqında" qanun layihəsinin müzakirəsi (Birinci oxunuşda)
"Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının 21-ci tərəflər konfransı zamanı qəbul edilmiş Paris sazişinin təsdiq edilməsi haqqında" qanun layihəsinin təsdiqi
"Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında bitki mühafizəsi və bitki karantini haqqında əməkdaşlıq sazişinin təsdiq edilməsi haqqında" qanun layihəsi
"Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası prezidentlərinin bəyannaməsinin təsdiq edilməsi haqqında" qanun layihəsi.
"İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" qanun layihəsi I oxunuş.

Bütün xəbərlər Facebook səhifəmizdə