Tramp: “Klinton axmaq davranır” MARAFON

Tramp: “Klinton axmaq davranır” MARAFON

"ABŞ-ın Demokratlar partiyasının namizədi Hillari Klinton çox axmaq davranır, o Donald Trampı, Rusiyanı və WikiLeaks təşkilatını vahid şəkildə cəmləşdirərək neqativ münasibət yaratmaqdan ötrü qəsdən münaqişə yaratmağa çalışır. Onun məqsədi noyabrın 8-də daha çox səs toplamaqdır". SİA xəbər verir ki, bu fikirləri ABŞ-ın Respublikaçılar partiyasının prezidentliyə namizədi Donald Tramp Sprinqvilddə (Ohayo ştatı) seçiciləri ilə keçirilən görüşündə bildirib.

Prezidentliyə namizəd deyib ki, Hillar Klinton davamlı olaraq "WikiLeaks – Rusiya və Donald Trampdır" ifadəsini işlədərək, məni Rusiya ilə eyni layihədə iştirak etdiyimi danışır: "Mən isə bu iddialara "yox" deyirəm. Ancaq bütün bunlara baxmayaraq, o yenə də Donald Tramp və Rusiya barədə sərsəm iddialar irəli sürməkdə iddialı görünür. O, Putin və nüvə dövləti haqqında pis danışır. Demək istəyirəm ki, o bu sözləri sadəcə səs toplamaqdan ötrü deyir".

Tramp əmindir ki, onun rəqibi Rusiya dövlətinin başçısı haqqında səsləndirdiyi fikirləri ilə həddini aşır. "O, bu şəxs (Putin) barədə pis fikirlər danışır və hesab etmirəm ki, Klinton ağıllı davranır"-deyə qeyd edən Tramp bildirib ki, özünü təbliğ etmək üçün sərt danışmaq olar, ancaq Klinton kimi qətiyyən olmaz.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə