Əli Əhmədov: “Bu problem Türkiyə üçün həssasdır və bunun üçün də əsasları var” RƏSMİ MÖVQE

Əli Əhmədov: “Bu problem Türkiyə üçün həssasdır və bunun üçün də əsasları var” RƏSMİ MÖVQE

"Azərbaycan FETÖ ilə bağlı mövzunun həssaslığını nəzərə alaraq, Türkiyənin həmin problemin çözülməsi istiqamətində atdığı addımları həm dəstəkləyir, həm də onun yanında olduğunu bəyan edir".

SİA-nın məlumatına görə, bu fikirləri Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov deyib.

Baş nazirin müavini hesab edir ki, sözügedən məsələyə təmkinlə yanaşmaq lazımdır və günahkarlar araşdırılaraq üzə çıxarılmalıdır: "Başa düşürəm ki, bu problem Türkiyə üçün həssasdır və bunun üçün də əsasları var. Günahı olanı varsa, bu, araşdırılmalı, üzə çıxarılmalıdır. Kampaniya aparıb, günahı olmayanları da bu işə qatmaq haqq və ədalət baxımından düzgün olmazdı".

Əli Əhmədov Azərbayycan tərəfi olaraq, qardaş ölkəyə veriləcək dəstəyin də davamlı olacağını vurğulayıb: "Türkiyə rəhbərliyinin apardığı bu siyasətin başa çatmasına imkanımız daxilində dəstəyimizi verəcəyik. Eyni zamanda təmkinli və səbrli addımlar atacağıq".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə