Qabil Hüseynli: "Sarkisyanın siyasi gedişləri Avropaya xoş gəlmək üçündür" AÇIQLAMA

Qabil Hüseynli: "Sarkisyanın siyasi gedişləri Avropaya xoş gəlmək üçündür" AÇIQLAMA

"NATO ölkələrinin hər birində müdafiə naziri mülki şəxs olur, ordunun idarəetməsi Baş Qərargaha həvalə edilir. Sarkisyan da göstərmək istəyir ki, orduda ciddi, Avropa və NATO standartlarına uyğun islahatlar aparır. Guya, Ermənistanda NATO standartlarına uyğun ordu quruculuğu aparmaq istəyirlər. Halbuki, ordu bütünlüklə Rusiyanın nəzarətindədir və rus silahları ilə təchiz edilib". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloqun sözlərinə görə, Sarkisyanın siyasi gedişləri Avropaya xoş gəlmək istəyi kimi başa düşülür. Q.Hüseynli onu da bildirib ki, bu islahatlar Müdafiə Nazirliyinin səlahiyyətlərinin azaldılaması, ali baş komandan kimi Sarkisyanın səlahiyyətlərinin çoxalmasına gətirib çıxarır: "Yəni bu islahatlarla Sarkisyan praktiki olaraq ordunu idarə edən birinci şəxsə çevrilir, həmçinin Sarkisyanın hakimiyyətinin möhkəmləndirilməsi, onun əlində daha çox səlahiyyətlərin cəmləşdirilməsinə xidmət edir. Sarkisyanı nə Avropa, nə də hər hansı bir başqa standartlar maraqlandırır. Söhbət hakimiyyətin Qarabağ klanının əlində sərt şəkildə mərkəzləşdirilməsinin mühüm elementindən gedir".

Eyni zamanda, o da vurğlanıb ki, islahatlar yeni hərbi toqquşmaların baş vermə ehtimalını da yüksəldir: "Sülh danışıqlarında heç bir irəliləyiş yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışından aydın oldu ki, Ermənistana heç kim təzyiq etmir. Əksinə, böyük dövlətlər Azərbaycana təzyiq edirlər. Sülh danışıqlarında heç bir irəliləyiş yoxdur. Ermənistan yenidən təxribatlara əl atır, atəşkəsi intensiv pozur, həmçinin işğal altındakı Azərbaycan torpaqlarında hərbi

təlimlər keçirir. Bütün bunla onu təsdiqləyir ki, apreldəki döyüşlərə səbəb olan məsələlər yerində sayır. Bu, o deməkdir ki, hərbi toqquşmaların baş verməsi ehtimalı yüksəkdir".

ÜLVİ ƏSGƏROV

Bütün xəbərlər Facebook səhifəmizdə