Əli Orucov: “Ana müxalifət" deyilən anlayış yoxdur” MÜNASİBƏT

Əli Orucov: “Ana müxalifət" deyilən anlayış yoxdur” MÜNASİBƏT

"Müxtəlif zamanlarda həm Müsavat, həm də AXCP tərəfindən qondarma siyasi məhbus siyahıları hazırlansa da çox təəssüf ki, onlar hələ də bu anlayışın nə olduğunu bilmirlər". Bunu SİA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) siyasi Şurasının üzvü Əli Orucov deyib.

Onun sözlərinə görə, bəzən siyasi məhbus məsələsi təzyiq vasitəsi rolunu oynayır: "Kimisə siyasi məhbus hesab etmək hüquqi bazaya söykənməlidir. Əgər hüquqi bazaya söykənmirsə, demək ki bu siyahılar kimə necə sərf edirsə, elə də hazırlanır. Çox təəssüf ki, bəzi qüvvələr bu vasitədən alver məqsədi kimi istifadə edirlər".

Əli Orucov qeyd edib ki, bu gün bəzilərinin özünü niyə "ana müxalifət" adlandırdıqları hələ də anlaşılan deyil: "Çünki, həmin şəxslərdə bunu göstərəcək əlamətlər belə yoxdur. "Ana müxalifət" adına iddialı olanlar güclü olmalı, xalq tərəfindən dəstəklənməlidir. Müxalifət düşərgəsində sürünənlər var. Bu gün müxalifət düşərgəsində xalqın problemlərini təkcə öz çiyninə götürəcək nə elə bir partiya var, nə də "ana müxalifət" deyilən anlayış var. Özlərini belə adlandıranlar bilməlidir ki, tənqidlə hər şey həll olunmur. Təbii ki, həmin qüvvələr alternativ söz demək qabiliyyətinə malik deyillər, məhz bu baxımdan da cəmiyyət onları dəstəkləmir".

Bütün xəbərlər Facebook səhifəmizdə