Pakistan və Azərbaycan arasında işçi qruplar fəaliyyətə başlayacaq
Pakistanın Baş naziri Navaz Şərifin Azərbaycana səfəri zamanı bir çox sahələrdə, o cümlədən iqtisadi, kənd təsərrüfatı, əczaçılıq sahəsində əməkdaşlığın inkişafı müzakirə olundu. Bu məqsədlə yaxın günlərdə işçi qrupları fəaliyyətə başlayacaq". SİA-nın məlumatına görə, bunu jurnalistlərə Pakistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mubashar Əhməd Tahir deyib. O bildirib ki, işçi qruplarının qarşılıqlı olaraq səfərləri olacaq.
Diplomat onu da vurğulayıb ki, Azərbaycan Prezidenti Pakistan şirkətlərini ölkədə çalışmağa dəvət etdi: "Pakistan şirkətləri burada çalışmağa hazırdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB