WikiLeaks Hillari Klintonun yazışmalarını ictimailəşdirir ŞOK FAKTLAR
WikiLeaks Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klintonun seçkii qərargahının, eləcə də onun özünün yazışmalarını ictimailəşdirməkdə davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu dəfə həmin yazışmaların 19-cu hissəsi təqdim olunub. Burada Klintonun seçki qərargahının rəhbəri Con Podestayla yazışmasının təfərrüatları qeyd edilib.
Sənəddən: "Klintonun başı yerində deyil"
Ümumilikdə, WikiLeaksın təsisçisi Culian Assanc Klintonun seçki qərargahının minlərlə electron yazışmasını dərc edib. İctimailəşdirilmiş sənədlərdə sabiq dövlət katibinin köməkçisi Huma Abedin 2015-ci ildə yazdığı məktublar da var. Həmin məktublarda o öz həmkarları ilə Klintonun namizədliyi ətrafında fakir mübadilələri aparıb və deyib ki, "Ona (Klintona-red.) bu səhər şparqalkalardan bir az artıq istifadə etməyi lazım gələcək, çünki hələlik onun başında hər şey yerində deyil".
Xüsusilə, bu traktovkanı Brtitaniyanın Daily Mail nəşri dərc edib. Belə ki, Abedin məktubu 2015-ci ilin aprelində - Klintonun seçkiöncəsi kampaniyası ərəfəsində Podesta da daxil olmaqla qərargahının işçilərinə göndərib.
Bir sıra KİV-lər qeyd edirlər ki, burada söhbət namizədin seçki marafonuna hazır olmamasından, o cümlədən, sağlığında problemlərinin baş qaldırmasından gedir.
Bunun üzərindən beş ay keçəəndən sonra Podesta ilə yazışmaların digər hissəsində qeyd olunur ki, seçki qərargahının rəhbəri qərargahın ictimaiyyətlə əlaqələr üzrə direktoru Cenifer Palmieriyə yazıb: "Onun (Klintonun-red.) başı nə vəziyyətdədir?"
Klinton Rusiya hökuməti ilə WikiLeaksı amerikalılara qarşı casusluqda ittiham edir
Qeyd edək ki, Klintonun opponentləri dəfələrlə onun sağlığı barədə məsələ qaldırıblar. Onlar Klintonun 2012-ci ildə beyin silkələnməsi zədəsi aldığıını, xəstəxanaya aparıldığını xatırladır, o cümlədən, beynində qan laxtalanması baş verdiyini deyirlər.
Namizədin özü isə son debatlarında sözügedən məsələ ilə bağlı bildirib ki, Rusiya hökuməti amerikalılara qarşı casusluqla məşğul olub və ABŞ internet-saytlarını sındırıb, amerikalıların şəxsi akkauntlarına müdaxilələr edib və informasiyaları WikiLeaks saytına ötürüb.
Rəsmi Moskva isə Rusiya hökumətinin ABŞ internet məkanına haker hücumları etmədiyini bəyan edib.
WikiLeaks saytında ictimailəşdirilmiş yazışmaları bu linkdən oxuya bilərsiniz:
RELEASE: The Podesta Emails Part 19 #PodestaEmails#PodestaEmails19 #HillaryClinton https://wikileaks.org/podesta-emails/?q=&mfrom=&mto=&title=¬itle=&date_from=&date_to=&nofrom=¬o=&count=50&sort=6şearchresult …
WikiLeaks Klintonlar ailəsi Fondunun maliyyə fırıldaqları və korrupsiya faktları barədə - The Washington Post yazır
Bu arada, Hillari Klintonun əri, ABŞ-ın sabiq prezidenti Bill Klinton barədə üzə çıxmış faktlar da diqqət cəlb etməyə başlayıb. The Washington Post nəşri yazdığına görə, xeyriyyəçilik məqsədi ilə fəaliyyət göstərən Klintonlar ailəsi Fondunun(Clinton Foundation) pulları ər Klinton tərəfindən şəxsi məqsədlər üçün istifadə olunub. Nəşr bu kimi korrupsiya faktlarını WikiLeaks saytının mənbələrindən əldə edib.
Amerika nəşrinin yazdığına görə, fondda məxariclər haqqında sənəd yaradılıb və orada prezidentin və ailəsinin şəxsi səfərləri, mehmanxanalarda yaşamaq, istirahət və s. xərclər haqqında qeydlər aparılıb. Klintonun müşaviri Duqlas Bend Teneo firması təsis edib və tanınmış Dow Chemical, Coca-Cola kimi şirkətlərdən maliyyə vəsaitləri toplayıb. Həmin vəsaitləərin bir hissəsi isə Bill Klintonun şəxsi gəlirlərinə əlavə edilib. Məsələn, Teneo şirkəti Klintonlar ailəsi Fonduna 8 milyon Bill Klintonun özünə isə 3 milyon dollar ödəyib. Teneo şirkətinin forma müştərilərindən biri 2011-2015-ci illər ərzində Bill Klintonun çıxışlarına görə 2 milyon ödəyib, 2013-cü ildə isə Hillari Klintonun məruzələrinə 225 min ABŞ dolları ödəyib.
Səudiyyə Ərəbistanı hökuməti adıçəkilən ailə fonduna 35 milyon dollar pul köçürüb
Nəşr qeyd edir ki, Klintonlar ailəsi, o cümlədən onun qızı Çelsi Klinton bununla bağlı hər hansı bir açıqlama vermək istəmədiklərini bəyan ediblər.
Hillari Klintonun seçki qərargahının digər rəsmisi Glen Keplin də bu barədə heç nə demək istəmədiyini bildirib və iddia edib ki, sənədlər Rusiya tərəfindən oğurlanıb və WikiLeaks vasitəsilə onlara qarşı silah kimi işlədilir.
WikiLeaks daha öncə də xəbər verirdi ki, Klintonların ailə Fondunun sabiq rəhbəri Lora Grem bu ailə ilə yaxın olduğuna görə peşmançılıq hissləri keçirib, hətta intihar etməyə belə cəhd göstərib.
Digər tərəfdən, bəlli olub ki, Səudiyyə Ərəbistanı hökuməti adıçəkilən ailə fonduna 35 milyon dollar pul köçürüb.
15 ildə 2 milyard dollar!
Qeyd edək ki, adıçəkilən fond 2001-ci ildə ABŞ-ın sabiq prezidenti Bill Klinton tərəfindən Ağ evi tərk etdikdən sonra təsis edilib. Ötən müddət ərzində fond ümumilikdə 2 milyard dollar gəlir əldə edib. Prezidentliyə namizəd olan Hillari Klintonun siyasi rəqibləri isə şübhə edirlər ki, sabiq dövlət katibi həmin fonda nağd pulların köçürüllməsi üçün bir sıra şəxslərlə, hətta dövlətlərə xidmətlər göstərib.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də baş tutacaq və hazırda demokratlarda olan namizəd Hillari Klintonla respublikaçı namizəd Donald Tramp arasında qızğın, hətta amansız mübarizə gedir. ABŞ KİV-ləri Amerikanın seçki tarixində bu cür seçki mübarizəsinin olmadığını yazır, tərəflərin münasibətlərini rəqib kimi deyil, düşmən kimi qiymətləndirir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB