"Donald Tramp və Hillari Klinton arasında seçim edərkən bu seçim pis və daha pis arasında ola bilər". SİA xəbər verir ki, bu barədə İranın prezidenti Həsən Ruhani ölkəsinin mətbuatında ABŞ prezidentliyinə namizədlərin debatlarını şərh edərkən bildirib.
"ABŞ-da 200 ildir ki, demokratiya mövcuddur, lakin bu böyük ölkədə əxlaq çatışmazlığı var. Bu məsələni görmək üçün prezidentliyə namizədlər arasındakı debatları izləmək kifayət edər. Biz onların bir-birini necə ələ saldıqlarını görürük. Görünür, Amerikada demokratiya bu cür anlaşılır"-deyə İran prezidenti bildirib. Onun sözlərinə görə, İranda bu cür seçkilər keçirilmir və bu cür demokratiya da yoxdur.
"BMT-də ölkələrdən birinin lideri məndən soruşdu ki, namizədlərdən hansına üstünlük verərdim. Mən isə cavab olaraq dedim ki, pislə və daha pis arasında seçim etmək çox çətindir"-deyə Ruhani İranın mərkəzi ostanlığına (vilayətinə) səfəri çərçivəsində jurnalistlərlə söhbətində bildirib.
Xatırladaq ki, noyabrın 8-də ABŞ-da ölkənin yeni prezidenti seçiləcək.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB