"ABŞ prezidenti Barak Obama bilirdi ki, Hillari Klinton dövlət katibi olarkən xidməti yazışmalarda qanunları pozub. İndi, bunun araşdırılmasının zamanı çatıb". SİA xəbər verir ki, bu təkliflə Reuters agentliyinə müsahibəsində ABŞ-ın respublikaçılar partiyasından prezidentliyə namizədliyi irəli sürülmüş Donald Tramp deyib. Namizədin fikrincə, Obama bu işdə adının hallanmasını istəmədiyinə görə, Klintonu dəstəkləyir. Belə ki, prezident dövlət katibinin şəxsi serveri barədə hər şeyi bilirdi.
"Bu, o deməkdir ki, bütün bunları araşdırmaq lazımdır", - deyə respublikaçı qeyd edib.
Sentyabrın əvvəlində FTB öz əməkdaşlarının bu ilin iyulunda Klintonla elektron poçtunun şəxsi serveri və oradakı məxvi materialların saxlanılması məsələsi ilə bağlı söhbətlər aparıldığı barədə məlumat yaymışdı. Aparılmış söhbətlə bağlı materiallarda deyilir ki, hazırda demokratlar partiyası tərəfindən ABŞ prezidentliyinə namizədliyi irəli sürülmüş Klinton dövlət katibi işlədiyi vaxt ona konfidensial mənbələrlə necə rəftar olunması barədə təlimat verilmədiyini və bu barədə heç nə xatırlamadığını bildirib.
Bununla yanaşı, Klinton istintaqçılara etiraf edib ki, Amerika diplomatiyasının şefi olarkən şəxsi smartfonunu "rahatlıq baxımından" həm şəxsi, həm də xidməti məqsədlərinə görə istifadə edib. Lakin onun sözlərinə görə, Dövlət Departamentindəki işçilərinin sağlam düşüncəyə malik olduqlarına arxalanıb və onların verdikləri məlumatlara görə narahat olmayıb.
İyul ayında FTB-nin də daxil olduğu ABŞ-ın ədliyyə nazirliyindən bəyan olunmuşdu ki, Klinton şəxsi kompüterindəki serverində xidməti və dövlət yazışmalarını istifadə etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmayacaq. ABŞ-ın ədliyyə naziri və baş prokuroru Loretta Linç bunu belə əlaqələndirib ki, o, bu qərarı FTB direktoru Ceyms Komi və bu işi araşdıran digər ədliyyə sistemi əməkdaşları ilə məsləhətləşdikdən sonra verib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB