Qətər səfirliyində xatirə kitabı açılıb

Qətər səfirliyində xatirə kitabı açılıb

Qətərin keçmiş əmiri şeyx Xəlifə bin Hamad Əl Taninin vəfatı ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq.

SİA-ya səfirlikdən verilən məlumata görə, xatirə kitabı bu gün saat 13:00-dan 15:00-dək, oktyabrın 25-də və 26-da isə saat 11:00-dan 15:00-a qədər açıq olacaq.

Səfirlikdə dövlət bayrağı da endirilib.

Qeyd edək ki, şeyx Xəlifə bin Həməd Əl-Tani oktyabrın 23-də 85 yaşında vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə