Tehranda Xəzərin hüquqi statusuna dair işçi qrupun iclası olacaq

Tehranda Xəzərin hüquqi statusuna dair işçi qrupun iclası olacaq

Oktyabrın 23-də Tehranda Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın hazırlanması üzrə işçi qrupun 47-ci iclası keçiriləcək. SİA İran XİN-ə istinadən xəbər verir ki, iclasda beş Xəzəryanı ölkə-İran, Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistanın xarici işlər nazirlərinin müavinləri və xüsusi nümayəndələri iştirak edəcək. İki gün davam edəcək iclasda Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiya layihəsindəki məsələlər müzakirə ediləcək, həmçinin Qazaxıstanda Xəzəryanı dövlətlərin prezidentlərinin 5-ci zirvə görüşünə hazırlıq barədə fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, işçi qrupun bundan əvvəlki toplantısı Astanada keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə