Türkiyənin İraqa hərbçilər göndərməkdə məqsədi İŞİD-lə mübarizə aparmaq deyil, bu ölkədə öz təsirini genişləndirməkdir. SİA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bunu İraqın baş naziri Heydər əl-Abadi Bağdadda İslam forumunda çıxışı zamanı deyib. O bildirib ki, Türkiyə İŞİD-lə deyil, öz maraqları naminə mübarizə aparır və təsirini artırmaq istəyir: "Daha əvvəl kömək istəyəndə Ankara hakimiyyəti heç bir reaksiya vermədi, indi isə öz hərbçilərini göndərir və təhdidlə çıxış edir".
Qeyd edək ki, 2015-ci ilin sonlarında Türkiyə hərbçilərinin İraqa daxil olması ilə iki ölkə arasında münasibətlər gərginləşməyə başlayıb. Türkiyə hakimiyyəti bəyan edib ki, hərbçilər Mosulun azad edilməsi əməliyyatlarında iştirak edəcək. Rəsmi Bağdad isə buna razılıq vermədiyini bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB