Belçikanın Rusiya Federasiyasındakı səfiri Aleks van Meuven Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb və orada ona Belçika hərbi hava qüvvələrinə məxsus bombardmançı təyyarələrin Hələbi bombalaması nəticəsində mülki vətəndaşların zərər görməsi faktı sübuta yetirilib. SİA-nın məlumatına görə, bu barədə Rusiya mənbələri xəbər verir.
"Oktyabrın 21-də Belçikanın Moskvadakı səfiri Aleks van Meuven Rusiya XİN-ə çağırılıb. Söhbət əsnasında xarici işlər nazirinin birinci müavini Vladimir Titov bəyan edib ki, Belçika tərəfinin oktyabrın 18-də məlum hadisəni törətməsi və bunun nəticəsində mülki vətəndaşların həyatlarını itirməsi faktını inkar etməsi onlarda anlaşılmazlıq hissi yaradır"- deyə, informasiya mənbələri Rusiya XİN-in saytına istinadən yazır.
Məlumatda deyilir ki, belçikalı diplomata onun ölkəsinə məxsus HHQ bombardmançılarının Hələbin Hassanc yaşayış punktunu vurması faktları təqdim edilib. Bununla yanaşı, Belçikanın F-16 bombardmançılarının məlum hadisəni törətməsi faktları bu ölkənin Moskvadakı hərbi attaşesinə də verilib.
Maraqlıdır ki, sübutlardan sonra belə, Belçikanın Müdafiə Nazirliyi faktları inkar edib. Bununla yanaşı, Nazirlikdən bəyan edilib ki, F-16 bombardmançıları üzərindəki nömrələr Belçikanın HHQ-nə məxsus təyyarələrdə yoxdur.
Rusiya tərəfi isə bu sübutu da qarşı tərəfə təqdim edəcəklərini diqqətə çatdırıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB